Ermənistan Qarabağa 20 milyon dollar ayırdı
Ermənistan hökuməti qondarma “Dağlıq Qarabağ” respublikasının hökumətinə 9 milyard 600 milyon dram məbləğində (təqribən 20,1 milyon dollar) büdcə krediti verəcək.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə qərar Ermənistanın Nazirlər Kabinetinin bu günkü iclasında qəbul olunub.
Ermənistanın maliyyə nazirinin müavini Armen Alaverdyan deyib ki, vəsait 2015-ci ilin III rübündə təqdim olunacaq və 2020-ci ilin sentyabrın 10-na qədər ödəniləcək. Məbləğin geri qaytarılmasına 2015-ci ilin dekabrından rüblər üzrə həyata keçiriləcək.
Vəsait qondarma respublikanın büdcə zəmanəti altında illik 8,5%-lə təqdim olunacaq.
Mənbə:> Oxu.Az