Azərbaycan Gürcüstanda YDM-də satılan qazın qiymətini ucuzlaşdırdı
Azərbaycan və Gürcüstan bu ölkədə avtomobil yanacaqdoldurma məntəqələrinin sahibləri üçün qazın qiymətinin ucuzlaşdırılması barədə razılığa gəlib.
AzNews.info xəbər verir ki, bu barədə trend öz mənbəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, qazın YDM üçün kommersiya qiyməti 35-40 dollar ucuzlaşdırılıb.
“Bu, dünya reallığıdır. Qiymətlər çox yüksək idi. Neftin qiyməti ucuzlaşdığı andan, qazın qiyməti nəzərdən keçirilmirdi. İndi bu labüdlük yaranıb, çünki enerji daşıyıcısını kotirovka olunduğu qiymətdən baha və ya ucuz satmaq olmaz.
Söhbət ümumi kommersiya bazarından deyil, AYS sahibləri üçün qaz satışından gedir. Qaz doldurma stansiyalarının sahibləri qazı əvvəlki qiymətlərdən 35-40 dollar ucuz əldə edəcəklər”, - mənbə bildirib.
Agentliyin həmsöhbəti yeni qiyməti kommersiya sirrinə istinad edərək açıqlamaqdan imtina edib.
Xatırladaq ki, SOCAR martın 4-də Tbilisidə Gürcüstan hökuməti ilə ildə 463 milyon kubmetr həcmində əlavə qazın tədarükü haqqında saziş imzalayıb.
Mənbə:> Trend