Rusiya Ermənistan üçün qazın qiymətini aşağı saldı
Protokol imzalanıb.
Rusiya Energetika nazirliyi və Ermənistanın Energetika və Təbii sərvətlər nazirliyi Ermənistana qaz tədarükünün qiymətinin müəyyənləşdirilməsi qaydalarında dəyişikliyə dair protokol imzalayıblar.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, imzalanmış sənədə əsasən, Ermənistan qazın hər min kubmetrinə görə Rusiyaya 189 dollar yox, 165 dollar ödəyəcək.
Sənəd həmçinin “Qazprom Armeniya” QSC-nin normal fəaliyyətinin təmin edilməsi üçün baza şərtlərini müəyyən edir.
Mənbə:> Oxu.Az