Bakıda partlayış baş verən məktəbdən görüntülər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Təhsil, Video

Bakıda partlayış baş verən məktəbdən görüntülər – VİDEO

Bakıda partlayış baş verən məktəbdən görüntülər


Sizinyol xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Bu barədə həmin məktəbdən bildirilib. Məlumata görə, yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb. Məktəbdə olan bütün şagirdlər təxliyyə olunub.
“Hələlik xəsarət alanların olub-olmaması barədə bizdə heç bir məlumat yoxdur”, – məktəbdən bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın artıq söndürülüb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, hadisə ilə əlaqədar səhər saatlarında çağırış daxil olub: “Hadisə yerinə iki həkim briqadası göndərilib”.

Mənbə: SizinYol
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *