Bakıda məktəbdə yanğından son xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

Bakıda məktəbdə yanğından son xəbər – FOTO

Bakıda məktəbdə yanğından son xəbər


Bu gün saat 09.10 radələrində Bakı şəhərində yerləşən Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin bir korpusunun dəhlizində yanğın hadisəsi qeydə alınıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə olan bütün şagird və müəllimlər, texniki heyət təxliyyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.

Bakıda məktəbdə yanğından son xəbər
Bakıda məktəbdə yanğından son xəbər

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *