Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyyə edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyyə edildi

Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyyə edildi


Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Yanğın rayonun Dadaş Bünyədzadə keçəsi küçəsi 15 ünvanındakı binanın 2-ci girişindəki liftin şaxtasında qeydə alınıb.

ANS PRESS-in verdiyi məlumata görə, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Binəqədi və Yasamal rayon Yanğından Mühafizə briqadasının 7 yanğınsöndürən avtomobili və çoxsaylı şəxsi heyəti cəlb edilib. Nəticədə bir neçə dəqiqə əvvəl yanğının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da 25 nəfər binadan təxliyyə edilib.

Yanğın zamanı ümumilikdə 51 peqometr elektrik naqili yanıb.

Hadisəyə ilkin ehtimal elektrik naqillərindəki qısa qapanma göstərilir. Lakin yanğının lifti hərəkətə gətirən naqillərdəki yoxsa binaya verilən elektrik xəttindəki qısaqapanmadan baş verdiyi aparılan araşdırmadan sonra məlum olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *