İqlim dəyişikliyi dünyanı çaş-baş qoydu
İqlim dəyişikliyinə dair BMT-nin çərçivə konvensiyasının 20-ci konfransında hələ ki vahid razılığa gəlinməyib.
AzNews.info-nun AzərTAc-a istinadən verdiyi məlumata görə, Perunun paytaxtı Limada keçirilən və 196 ölkənin nümayəndələrinin iştirak etdiyi danışıqlar həftə sonuna qədər uzadılıb.
2020-ci ildə Kioto protokolunu əvəz etməli olan yeni razılaşma barədə danışıqlarda iri sənaye dövlətləri və inkişaf etməkdə olan ölkələr arasındakı fikir ayrılığı aradan qaldırılmayıb.
Lakin iştirakçılar hələ ki ümidlərini itirməyiblər. Sonuncular iqlimin dəyişməsi ilə mübarizədə maliyyələşmənin əsas məsuliyyətini ətraf mühitin çirkləndirilməsinə uyğun olaraq birincilərin öhdəsinə verilməsini istəyir, iri sənaye ölkələri isə öz növbəsində iqlimin planetar miqyaslı problem olduğunu və günahkar axtarmağa vaxtın olmadığını hesab edirlər.
Mənbə:> AzərTAc