Xəzərdə yeni problem » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Xəzərdə yeni problem

Xəzərdə yeni problem


Üzən qazma qurğularının çatışmazlığı Xəzərdəki işlər üçün çətinlik yaradır. Trend xəbər verir ki, bunu Bakıda "Neft-qaz həftəsi - 2014" konfransında Fransanın "Total" şirkətinin inkişaf üzrə meneceri Erik Mayer bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın "Abşeron" qaz-kondensat yatağının operatoru olan "Total" qazma qurğularının olmaması probleminin həllinin müxtəlif variantlarını nəzərdən keçirir.

E.Mayerin fikrincə, Xəzərdə digər problem onun akvatoriyasına iri gəmilərin daxil olması və Volqa-Don kanalına keçidlə bağlı çətinlikdir.

Menecer bildirib ki, bütün bunların hamısı nəticədə bazarda çoxlu sayda podratçı şirkətlərin iştirak imkanlarını əngəlləyir ki, bu da o cümlədən “Total”ın iştirakı ilə reallaşdırılan iri layihələrin dəyərinə təsir edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *