Azərbaycan beynəlxalq kitab sərgisində təmsil olunur » AzNews.info -Xəbər portalı

Azərbaycan beynəlxalq kitab sərgisində təmsil olunur – FOTO

Azərbaycan beynəlxalq kitab sərgisində təmsil olunur

12 may 2016-cı il tarixində Turində 29-cu beynəlxalq kitab sərgisinin açılış mərasimi baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgidə Azərbaycan da təmsil olunur.
AzNews.info xəbər verir ki, sərgidə iştirak zəngin milli mədəniyyətimizin, kitab sənətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin təbliğ olunması, ümumən ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin İtaliya ictimaiyyətinə çatdırılmasında özünəməxsus əhəmiyyət kəsb edir.
Milli ekspozisiyamız tarixi abidələrimizin təsviri olan 30 kvadratmetrlik sahədə qurulmuş stenddə təşkil edilib. Burada Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunmuş 126 adda 250-dən çox kitab sərgilənir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, ədiblərinin, incəsənət xadimlərinin - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Elçin, Kamal Abdulla və digər ədiblərin ingilis, italyan və Azərbaycan dilində nəşr olunmuş kitabları ziyarətçilərə təqdim edilir.

Stenddə Qarabağa və Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə də yer alır. Guşədə Azərbaycan və Türkiyə tarixçilərinin birgə hazırladıqları, əsassız erməni iddialarını tarixi sənədlər və elmi əsaslarla ifşa edən ingilis dilində kitablar da nümayiş olunur.

Maraqlananlara ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə edilir.

Stendə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilir.

1988-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 29 illik müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrindən, eləcə də Kanada, Braziliya, İsrail, Səudiyyə Ərəbistanı, Misir, Hindistan və çox sayda dövlət və özəl nəşriyyatları iştirak edir.

Bu gün saat 15:30-da Azərbaycan mədəniyyəti və tarixi barədə italyan dilində nəşr edilmiş yeni kitabların geniş təqdimat mərasimi keçiriləcəkdir.

Xatırladaq ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Turin beynəlxalq kitab sərgisinə ilk dəfə ötən il qatılıb.

Bu il sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun aparıcı məsləhətçisi Lalə Məmmədova təmsil edirlər.

Sərgi mayın 16-dək davam edəcək.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *