Ölkəmiz Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
2016-cı ilin 12-16 may tarixlərində İtaliya Respublikasının Turin şəhərində 29-cu Turin Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil edəcək.
AzNews.info xəbər verir ki, İtaliyanın ən böyük kitab sərgisində iştirak etməkdə məqsəd ölkəmizin kitab sənətinin, Qarabağla bağlı həqiqətlərin, turizm imkanlarının və nəşriyyat-poliqrafiya sahəsinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması və yeni əməkdaşlıqların yaradılmasıdır. Tədbirdə yerli və xarici olmaqla 1100 təşkilat iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan ötən ildən Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
Mənbə:> AzNews.info