Azərbaycan Pekində beynəlxalq turizm sərgisində təmsil olunur » AzNews.info -Xəbər portalı

Azərbaycan Pekində beynəlxalq turizm sərgisində təmsil olunur – FOTO

Azərbaycan Pekində beynəlxalq turizm sərgisində təmsil olunur


Çinin paytaxtı Pekində Xaricə səyahətlər və turizm sərgisi COTTM-2016 işə başlayıb. Dünyanın 70 ölkəsinin iştirak etdiyi sərgidə Azərbaycan da təmsil olunur.

AzNews.info nazirliyə istinadən xəbər verir ki, bu il 12-ci dəfə təşkil olunan xaricə səyahətlər və turizm sərgisinə ümumilikdə 400-dək turizm, aviasiya və nəqliyyat şirkətləri, mehmanxana şəbəkələri cəlb olunub. Sərginin məqsədi xaricə səfər edən çin turistləri üçün müvafiq xidmətlərin göstərilməsi ilə bağlı işgüzar əlaqələrin yaradılmasıdır. Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 4 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. Ötən il 120 milyondan çox çinli xaricə turist kimi səfər edib.

Çinin xarici turist potensialını nəzərə alan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin sərgidə növbəti dəfə təmsil olunmasına qərar verib. Nazirliklə yanaşı, bir neçə turizm şirkəti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti milli pavilyonda ölkəmizin turizm imkanlarının təbliğini təşkil edib. Sərgidə Azərbaycanın turizm potensialına, tarixi və mədəni abidələrinə, milli mətbəxinə, habelə turizm üçün vacib olan digər məsələlərə dair ingilis və Çin dillərində reklam-çap məhsulları nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov bildirib ki, Çinin turist bazarı Azərbaycan üçün cəlbedicidir. Bu cür sərgilərdə iştirak etməklə daha çox Çin turistlərini Azərbaycana cəlb etməyi düşünürük. Azərbaycan hökumətinin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsi də bu ölkədən olan turistlərin Azərbaycana səfər imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. Bura turistlər üçün həm elektron viza, həm də cari il fevralın 1-dən tətbiqinə başlanılan Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında turist vizalarının rəsmiləşdirilməsi daxildir.

Azərbaycan Pekində beynəlxalq turizm sərgisində təmsil olunur
Azərbaycan Pekində beynəlxalq turizm sərgisində təmsil olunur

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *