Azərbaycan yenidən “IMEX Frankfurt” sərgisində » AzNews.info -Xəbər portalı

Azərbaycan yenidən “IMEX Frankfurt” sərgisində

Azərbaycan yenidən “IMEX Frankfurt” sərgisində


Ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu cari ilin aprel ayının 19-dan 21-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək "IMEX Frankfurt 2016" sərgisində yenidən ölkəmizi təmsil edəcək.

AzNews.info-ya nazirlikdən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosu ilə yanaşı, ölkəmizi sərgidə Büronun tərəfdaşları olan və turizm sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri də təmsil edəcək. “Absheron Hotel Group”, “Four Seasons Hotel Baku”, “Geo Travel”, “Hilton Hotel Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski Badamdar Baku” və “PASHA Travel” ölkəmizi təmsil edəcək şirkətlər arasındadır.
“IMEX Frankfurt” beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi və həvəsləndirici turizm sahəsində xidmətlərin göstərilməsində maraqlı olan minlərlə alıcını hər il eyni platformada görüşdürür.
"IMEX 2016"-da 15 mindən artıq beynəlxalq peşəkarların iştirakı gözlənilir. Üçgünlük sərgi çərçivəsində 65 mindən çox görüşün təşkil olunması planlaşdırılıb.
Beynəlxalq sərmayələrin cəlb olunması və dünya turizm bazarında misilsiz görüşlər məkanı statusunun qazanılması baxımından Azərbaycan Konqreslər Bürosunun bu cür tədbirlərdə iştirak etməsi olduqca vacib hesab olunur. Eyni zamanda, belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanınması turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *