Azərbaycan Konqreslər Bürosu növbəti təlimini başa vurdu » AzNews.info -Xəbər portalı

Azərbaycan Konqreslər Bürosu növbəti təlimini başa vurdu – FOTO

Azərbaycan Konqreslər Bürosu növbəti təlimini başa vurdu


Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu növbəti dəfə öz tərəfdaşları üçün təlim təşkil edib.

AzNews.info xəbər verir ki, əsas məqsədi ölkəyə beynəlxalq sərmayələri cəlb etməklə Azərbaycanı dünyanın misilsiz görüşlər məkanına çevirmək olan Azərbaycan Konqreslər Bürosu 2016-ci il üçün nəzərdə tutulan ikinci təlimini 7 mart tarixində “Hilton Baku” mehmanxanasında təşkil edib.

Sərgilərdə iştirakın səmərəliyinin artırılması yolları üzərində qurulan bu təlim büronun icraçı direktoru cənab Florian Sengstschmid tərəfindən aparılıb. Təlimdə Büro üzvlüyündə olan mehmanxana və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin 30-dan artıq peşəkar nümayəndəsi iştirak etmişdir.

Nəzərə çatdırmaq vacibdir ki, belə təlimlərin keçirilməsi yerli turzim şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, turistlərin sayının artırılması və bunun sayəsində də gəlirlərin artırılması üçün olduqca əhəmiyyətlidir.

Təlimdə müzakirələr əsasən ixtisaslaşmış ticarət sərgiləri, belə sərgilərin əhəmiyəti, marketinq üsulları, ticarət sərgiləri zamanı, ondan əvvəl və sonra atılacaq addımlar kimi mövzuları əhatə edib. Bundan başqa iştirakçılar effektiv təqdimatın hazırlanması və sərgilərdə iştirakın daha faydalı olması üçün gərəkli olan fəaliyyət və üsulları nəzərdən keçirib.

Azərbaycan Konqreslər Bürosu aktiv şəkildə öz üzvləri ilə birgə Görüşlər Sənayesi tədbirlərində iştirak edir. Bunu nəzərə alaraq bu sahədə çalışan şirkətlərə gələcək tədbirlərdə istifadə edə biləcəkləri nəzəri və praktiki məsləhətlər vermək olduqca gərəklidir.

Tədbir zamanı, iştirakçılar geniş fikir mübadiləsi edib və sərgilərdə Azərbaycan stendinin daha da maraqlı, gözəgəlimli tərtib olunması və turizm məkanı olaraq ölkəmiz haqqında daha dolğun informasiyanın təqdim olunması istiqamətində öz fikirlərini Büro ilə bölüşüb.

Azərbaycan Konqreslər Bürosu növbəti təlimini başa vurdu
Azərbaycan Konqreslər Bürosu növbəti təlimini başa vurdu
Azərbaycan Konqreslər Bürosu növbəti təlimini başa vurdu

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *