Bakıda İran Kinosu Günləri keçiriləcək » AzNews.info -Xəbər portalı

Bakıda İran Kinosu Günləri keçiriləcək

Bakıda İran Kinosu Günləri keçiriləcək


14-17 may 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Nazami Kino Mərkəzində İran Kinosu Günləri keçiriləcək.

AzNews.info xəbər verir ki, Azərbaycan və İran arasındakı mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını zəngin keçmişə malik İran kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan Kino Günləri çərçivəsində açılış günü, 14 may saat 18:00-da “143-cü çuxur”, 15 may saat 19:00-da “Bir dişləm qənd”, 16 may saat 19:00-da “Bu gün”, 17 may saat 19:00-da isə “Nəqqaşlıq hovuzu” bədii filmləri tamaşaçılara təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *