Tehranda İran-Azərbaycan biznes forumu keçiriləcək » AzNews.info -Xəbər portalı

Tehranda İran-Azərbaycan biznes forumu keçiriləcək

Tehranda İran-Azərbaycan biznes forumu keçiriləcək


Dekabrın 21-dən 23-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İran-Azərbaycan biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan Oxu.Az-a bildiriblər ki, forumda iştirak etmək üçün Azərbaycan Respublikasının biznes nümayəndə heyətinin İrana səfəri planlaşdırılır.

Biznes forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *