Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək » AzNews.info -Xəbər portalı

Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək

Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək


26 fevral 2016-cı il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək.

AzNews.info xəbər verir ki, kino xadimlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak edəcəyi tədbirdə dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan “İlk komandir”, “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmləri nümayiş etdiriləcək.
“İlk komandir” və “Pəhləvan komandir” filmlərinin rejissoru Nizami Abbas, “Xocalının zamini” filminin rejissoru isə Zamin Məmmədovdur.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *