Azərbaycanda yeni poçt markaları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Azərbaycanda yeni poçt markaları – FOTO

Azərbaycanda yeni poçt markaları


Bu gün Azərbaycan Memarlar İttifaqında təşkilatın 80 illik yubileyi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən nəşr edilmiş poçt markaları, suvenir vərəq və xüsusi markalanmış kitabın təqdimatı keçirilib.

AzNews.info ictnews.az-a istinadən xəbər verir ki, tədbirdə nəfis dizaynda hazırlanan 12 növ poçt markası, 1 suvenir vərəq və 1 xüsusi markalanmış kitab iştirakçılara nümayiş olunub.

Markaların üzərində ayrı-ayrılıqda Əcəmi ibn Əbubəkr və Naxçıvandakı Möminə Xatun türbəsi, Mahmud ibn Saad və Bakıdakı “Bibi Heybət” məscidi, Kərbəlayı Səfixan Qarabaği və Şuşadakı “Gövhər ağa” məscidi, Zivər Bəy Əhmədbəyov və Bakıdakı “Təzə Pir” məscidi, İosef Qoslavski və Bakıdakı Şəhər Şurasının binası təsvir olunub.

Bundan başqa, İosif Ploşko və Bakıdakı Murtuza Muxtarovun sarayı, Məmməd-Həsən Hacınski və Bakıdakı Dənizkənarı Bulvar, Nikolay fon der Nonne və Bakıdakı Deburun Evi, Sadıq Dadaşov və Bakıdakı Nizami adına kinoteatr, Mikayıl Useynov və Bakıdakı Alimlərin Yaşayış Evi, Ənvər Qasımzadə və Bakıdakı İnşaatçılar prospektində yerləşən yaşayış kompleksi, Həsən Məcidov və Bakıdakı Muzey Mərkəzi kimi memarlıq nümunələrinin təsvirləri də markaların üzərində yer alıb.

Azərbaycanda yeni poçt markaları
Azərbaycanda yeni poçt markaları
Azərbaycanda yeni poçt markaları

Mənbə: ICTnews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *