Bakıdakı partlayışla bağlı – RƏSMİ AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq digər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirib.
Əməliyyat saat 13:07-də başa çatıb.
Mənbə:> Oxu.Az