“Versace” Bakıdakı butikini bağlayır
Dünyanın ən məşhur geyim brendlərindən olan “Versace” Bakıdakı ən böyük mağazasını bağlayaraq Azərbaycanı tərk edir.
Virtualaz.org saytı xəbər verir ki, “Versace”nin Bakıdakı elit mağazası hazırda bağlıdır və dükanın qarşısından onun yerləşdiyi binanın icarəyə verilməsinə dair elan asılıb.
“Versace”nin mağazasının bağlanmasının səbəbləri məlum deyil. Böyük ehtimalla bu, son zamanlar yaranan maliyyə çətinliyi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır.
Xatırladaq ki, virtualaz.org saytı Bakıdakı bahalı brend mağazaların bağlanması barədə bundan əvvəl də yazmışdı.
Mənbə:> Virtualaz.org