Məşhur geyim firması 175 mağazasını bağlayır
Amerika Birləşmiş Ştatlarının məşhur geyim mağazası olan GAP Şimali Amerikada 175 mağazasını bağlayır.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkət başqa filiallarını da bağlamağı planlaşdırıb.
Bundan əlavə, şirkətin Kaliforniya ştatında yerləşən əsas mağazasında çalışan 250 nəfər işçi də ixtisar olunacaq.
Şirkət onu da bəyan edib ki, GAP növbəti illərdə Avropadakı bəzi mağazalarını bağlaya bilər.
Qeyd edək ki, dünyada GAP-ın ümumilikdə 1600 mağazası var.
Xatırladaq ki, şirkət 2015-ci ilin I rübündə satışlarının 10% azaldığını bildirmişdi. Ekspertlər satışlarda azalmanı şirkətin CEO-su Glenn Murphy-nin istefa verməsi ilə əlaqələndirmişdilər.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli