Amerikalı məşhur silah şirkəti iflas bayrağı qaldırdı
ABŞ-ın “M4” və “M16” tüfənglərini də istehsal edən 179 illik tarixi olan “Colt” şirkəti iflasdan müdafiə tələbi ilə məhkəməyə müraiət edib. ANS PRESS-in məlumatına görə, maliyyə problemləri yaşayan “Colt” firması borcluları ilə razılığa gəlmək üçün Delware ABŞ iflas məhkəməsinə müraciət edib. Bir çox ölkəyə də silah satan şirkət ABŞ və Kanadada olan satışlarını sürətləndirmək üçün işə başlayıb. Sektorda qalmağı planlaşdıran şirkətin yenidən quruluş prosesini başa vurası üçün 90 günə ehtiyacı olduğu bildirilib. Şirkətin 50 alacaqlısına 500 milyona yaxın borcu olduğu bildirilir.
Konnektikut əyalətinin Qərbi Hartford şəhərində olan şirkət 1855-ci ildə Samuel Kolt tərəfindən yaradılıb. İlk silah fabrikini Nyu Cersey əyalətinin Paterson şəhərində açan Kolt bir vaxtlar ABŞ-ın ən varlı binesmenlərindən biri olub.
Mənbə:> ANSPRESS