Sərkisyanın gizli silah ticarəti – Terror planı
Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, Ermənistan rəhbərliyinin terrora dəstək verməsi və silah satışından külli miqdarda maliyyə vəsaiti əldə etməsi barədə ilginc faktlar əldə olunub. Ermənistan mətbuatından və sosial şəbəkələrdən əldə olunmuş məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyanın biznes ortağı, erməni əsilli oliqarx, iş adamı David Qalstyan rəhbəri olduğu “DG Arms Corporation” şirkəti vasitəsi ilə Serbiya və Albaniyadan qeyri-leqal yolla Suriya və Liviyaya müxtəlif növ silah-sursatın daşınması ilə məşğuldur. “DG Arms Corporation” şirkəti müxtəlif vaxtlarda Albaniya müdafiə sənayesi nəzdində fəaliyyət göstərən “MEIKO” və Serbiyanın “MDI” və “Moisston İnceneri” şirkətləri vasitəsilə Ermənistan üzərindən Suriya və Liviyaya minaatan silah və mina mərmiləri, eləcə də sursat satışını həyata keçirir. Daşınma Sərkisyana və onun ətrafına məxsus “Southern Airlines”, “Ayk Air”, “Skvia”, “Taron Air” və “Vaqram Samonyan” hava yolları şirkətləri vasitəsi ilə aparılır. David Varazdati Qalstyan hazırda Ermənistan rəhbərliyi, xüsusən S.Sərkisyan və S.Ohanyanla şərikli bir sıra şirkətlərə sahibdir. Xarici mətbuatın yazdığına görə, Qalstyan həyat yoldaşı Samveli Marqaryanla uzun müddətdir nikahda olmasına baxmayaraq, “Lubawa Armenia” adlı Ermənistan-Polşa birgə müəssəsəsinin qadın rəhbəri ilə yaxın əlaqədədir. Qeyd edək ki, adı şəkilən şəxslər mütamadi olaraq xaricə “iş səfərləri” zamanı, əsasən də Dubay şəhərində görüşürlər. Bu “xüsusi iş görüşləri” David Qalstyan tərəfindən S.Sərkisyan və yaxın ətrafı üçün də tez-tez təşkil olunur.
Mənbə:> Axar.az