Ermənistanda hərbçilər müdafiə nazirini öldürmək istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Dünya

Ermənistanda hərbçilər müdafiə nazirini öldürmək istədi

Ermənistanda hərbçilər müdafiə nazirini öldürmək istədi


ANS PRESS-ə Regional Sabitlik və Təhlükəsizlik Mərkəzindən daxil olan məlumata görə, bu barədə Ermənistan ordusunun həbsdə olan zabiti David Hakopyanın yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Xəbərə görə, 2014-cü ilin dekabr ayının 19-da İrəvan Şəhər Polis İdarəsinə S.Ohanyanın avtomobilinə partlayıcı maddə qoyulması barədə məlumat daxil olub. Polis məlumat əsasında dərhal təhlükəsizlik tədbirləri həyata keçirərək nazirin avtomobilində yoxlama aparıb və partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Hüquq-mühafizə orqanları tərəfindən aparılmış ilkin istintaq araşdırması nəticəsində Ermənistan ordusunun bir qrup zabiti şübhəli şəxs qismində həbs olunub.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi qeyd edir ki, Ermənistanda son zamanlar hakimiyyət nümayəndələri və müxalifətdəki şəxslər arasında prezidentlik kürsüsü uğrunda açıq şəkildə mübarizə başlayıb.

Belə ki, bir müddət əvvəl S. Ohanyan R.Köçaryan qarşıdurması nəticəsində ikincinin himayəsində olan “veteran əfqanlar” qruplaşmasına qarşı Ohanyanın xüsusi təyinatlılardan istifadə etdiyi barədə xəbərlər yayılmışdı. Toqquşma hələ də davam etdiyindən, hadisənin qruplaşma tərəfindən təşkil olunduğu ehtimal olunur.

Həmçinin sui-qəsdin növbəti prezidentliyə iddialı olan S.Ohanyanın digər rəqibləri, o cümlədən Serj Sərkisyan tərəfindən planlaşdırılması da şübhələr sırasındadır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *