Sərkisyan Azərbaycandan qorxduğunu etiraf etdi
Bu gün Lativiyanın paytaxtı Riqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı sammiti öz işinə başlayıb.
AzNews.info-nun Modern.Az-a istinadən verdiyi xəbərə görə sammitdə Serj Sarkisyan çıxış edərək Azərbaycan əleyhinə danışıb.
Ermənistan prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsi regional və Avropanın təhlükəsizliyi üçün ciddi məsələ olaraq qalır.
Serj Sarkisyan ənənəvi ampulasında çıxış edərək Qarabağ probleminin həll edilməməsinə görə Azərbaycanı təqsirləndirib.
Ermənistan prezidenti Avropanı Azərbaycana qarşə səsləyən sərsəm bəyanat da səsləndirib:
“Azərbaycanın addımları region üçün təhlükəlidir. Bu, Avropa partnyorları tərəfindən cavabsız qalmamalıdır. Mən beynəlxalq aləmi Azərbaycanın addımlarına təslim olmamağı çağırıram”,-deyə o sərsəmləyib.
Əslində Serj Sarkisyan nə dediyinin özü də fərqinə varmır. Çünki, dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə səbəb Ermənistanın tutduğu qeyri-konstruktiv və işğalçı mövqedir.
Ermənistan prezidentinin Azərbaycanı “təhlükə” kimi təqdim etməsinə gəlincə, o, bununla içindəki qorxunu ifadə edib.
Təsadüfi deyil ki, Azərbaycanın hərbi potensialı zaman-zaman Ermənistan rəhbərliyinin narahatlığına səbəb olur.
Məsələn, bir neçə ay bundan öncə Serj Sarkisyan Azərbaycanın Rusiyadan silah almasından ciddi əndişəyə düşdüyünü bəyan etmişdi.
Mənbə:> Modern.az