Saatlıda brakonyerlərlə polis arasında atışma
Saatlı rayonunun Azadkənd kəndində 2 nəfər yerli sakinlə polis əməkdaşı arasında insident yaşanıb. Hadisə dekabrın 6-da olub.
AzNews.info xəbər verir ki, bu barədə Azadlıq Radiosuna Azadkənd kəndinin sakinləri bildirib. Onların dediyinə görə, Rizvan Səfərov və Cəmaləddin Səmədov kəndin yaxınlığındakı balıq vətəgəsində brakonyerlik edirmişlər.
Polisə yaxalanan brakonyerlər Su Nəqliyyatında Polis İdarəsinin Əziz adlı əməkdaşına tabesizlik göstəriblər və ona ov tüfəngindən atəş açıblar. Həmin şəxslər saxlanılıb.
Hadisənin baş verdiyini Su Nəqliyyatında Polis İdarəsinin rəsmisi Hakim Ağayev də təsdiqləyib: “Tutulanlar yerli polis şöbəsinə təhvil verilib. Hazırda araşdırma aparılır.”
Mənbə:> Azadlıq Radiosu