Bərdədə ağır qəza: ölən və yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto, Foto

Bərdədə ağır qəza: ölən və yaralananlar var – FOTO

Bərdədə ağır qəza: ölən və yaralananlar var


Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, sərxoş sürücünün idarə etdiyi avtomobil dəmir arakəsməyə çırpılıb.

Hadisə Yevlax-Bərdə magistralının Bərdənin Divanlı kəndi ərazisindən keçən hissəsində baş verib. Yüksək sürətlə Bərdə istiqamətində hərəkət edən “NAZ-Lifan” markalı avtomobil dəmir arakəsməyə çırpılıb.

Zərbə nəticəsində avtomobilin təhlükəsizlik yastığı açılsa da içəridə olan 5 nəfərdən 4-ü yaralanıb. Hadisə şahidlərinin köməyi ilə Bərdə MRX-na çatdırılan yaralılardan 83 yaşlı Humay Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.


Bərdədə ağır qəza: ölən və yaralananlar var
Bərdədə ağır qəza: ölən və yaralananlar var



Üz nahiyəsindən yaralanan sürücü Qəhrəman Qurbanov vəziyyəti qənaətbəxş olsa da onun 39 yaşlı həyat yoldaşı Həmayə və 1 yaşlı qızı Münəvvər Qurbanovaların vəziyyətləri ağırdır.

Xəstəxanadan verilən məlumata görə, yaralıların hər ikisində kəllə beyin travması və kəllə sümüyünün sınığı qeydə alınıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib. İlkin ehtimala görə qəzaya sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub. Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *