Hava yastığı 2 azəbaycanlını xilas etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

Hava yastığı 2 azəbaycanlını xilas etdi – FOTO

Hava yastığı 2 azəbaycanlını xilas etdi


Bərdədə ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Zümürxan kəndi ərazisində qeydə alınıb.

İlkin ehtimala görə, ötmə əməliyyatını yerinə yetirmək istəyən “Mersedes”in sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı qaz borusuna çırpılıb. Zərbə nəticəsində açılan hava yastığı avtomobildə olan hər iki nəfərin həyatını xilas edib.


Hava yastığı 2 azəbaycanlını xilas etdi

Qəza törədən avtomobil

Hava yastığı 2 azəbaycanlını xilas etdi

Hava yastığı sürücü və sərnişinin həyatını xilas etdi

Sürücü Tərtər rayonunu Düyərli kənd sakini, 54 yaşlı Saleh Əliyev və sərnişin Goranboy rayonunun Qaraçınar kəndindən olan Rüstəm Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə MRX-na çatdırılıb. Xəstəxanadan əldə edilən məlumata görə, zərbə nəticəsində sol biləyi sınan 27 yaşlı Rüstəm Əliyevə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Sürücü Saleh Əliyevin isə sol diz qapağı sınıb, vəziyyəti orta ağır qiymətləndirilir.

Hava yastığı 2 azəbaycanlını xilas etdi

Sol biləyi sınan yaralı tibbi yardım göstərildikdən sonra evə buraxılıb

Hava yastığı 2 azəbaycanlını xilas etdi

Sürücünün vəziyyəti orta ağırdı

Hadisənin baş verdiyi əraziyə gələn Bərdə rayon Poliş Şöbəsinin, Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının verdiyi məlumata görə, "Mersedes" markalı avtomobil qarşıda dönmə əməliyyatı həyata keçirən traktoru ötmək istəyərkən yoldan kənara çıxıb və nəticədə qəza baş verib. Hadisə rayon poliş şöbəsində araşdırılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *