Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü » AzNews.info -Xəbər portalı

Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü – VİDEO

Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü


Bərdədə piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bərdə-Tərtər yolunun 1-ci km də qeydə alınıb.

Bərdə rayon sakini Pənah Bayramov idarə etdiyi VAZ-21103 markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyadanın başı avtomobilin ön hisəsinə çırpılıb.

Aldığı zərbədən o elə hadisə yerindəcə dünyasını dəyişib.

55 yaşlı Pənah Bayramov qəzanı törətdikdən sonra hadisə yerindən uzaqlaşa da, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Meyit isə müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

İlkin ehtimala görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs içkili olub. Hələlik onun şəxsiyyəti məlum deyil.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ölənin kimliyini müəyyənləşdirməyə çalışır. Faktla bağlı Bərdə rayon polisində araşdırma aparılır.

Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü
Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *