İran neft sammitində iştirakdan imtina etdi
İran sabah Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısında iştirak etməyəcək.
Bu barədə Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, İran İslam Respublikasının neft nazirinin iclasda iştirakı əvvəlcədən planlaşdırılmamışdır, lakin gözlənilirdi ki, rəsmi Tehran danışıqlara öz nümayəndəsini göndərəcək.
Mənbə:> Oxu.Az