KİV: Azərbaycan neft hasilatını donduracaq
Neft ixrac edən ölkələrin görüşü Dohada keçiriləcək.
Azərbaycan aprelin 17-də Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısında iştirak edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə görüşün hazırlığı ilə tanış olan mənbə bildirib.
“Azərbaycan bu görüşdə iştirak edəcək və neft hasilatının dondurulması təşəbbüsünü dəsətəkləmək niyyətindədir”, - agentliyin sözçüsü Azərbaycanın mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.
Mənbə:> Oxu.az