Qazaxıstan neft hasilatını dondurmayacaq
Qazaxıstanın Energetika Nazirliyi ölkəsinin Rusiyanın və OPEK-in bır sıra ölkələrinin neftin yanvar ayı səviyyəsində dondurulması təşəbbüsünə qoşulmaq niyyətində olmadığını eyham vurub.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, Qazaxıstanın energetika nazirinin müavini Aset Maqauov bildirib ki, Qazaxıstan neft hasilatının səviyyəsinin azaldılması üçün heç bir administrativ tədbir görmür.
“Bununla yanaşı, bu qərarlar maliyyə imkanları nəzərə alınaraq qəbul edilir”, - o əlavə edib.
“Bütün keçən ili OPEK-ə daxil olan ölkələr və Rusiya hasilatı aqressiv şəkildə artırırdılar, müvafiq olaraq onlar hazırda bu göstəriciləri yetərincə yüksək səviyyədə qeydə alıblar”, - nazir müavini neft hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması təşəbbüsünü şərh edərkən qeyd edib.
“Qazaxıstana gəldikdə isə, əksinə, keçən illə müqayisədə neft hasilatının azalması baş verir”, - o əlavə edib.
Məlumata görə, Qazaxıstan hakimiyyəti neft hasilatının 2016-cı il üçün 77 milyon tondan 74 milyon tona qədər azalması proqnozuna yenidən baxıb.
Mənbə:> Oxu.Az