Küveyt neft hasilatının dondurulmasına razılıq verib
OPEK-ə üzv olan ölkələrdən daha biri — Küveyt — neft hasilatını hazırki səviyyədə dondurmağa razılıq verib, Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
Küveyt gündə üç milyon barrel neft çıxarır. Agentliyin mənbəsi bildirib ki, razılıq ən azı 3 ay müddətində etibarlı olacaq.
Qeyd edək ki, bundan əvvəl, Rusiya və OPEK-ə üzv bir neçə ölkənin nümayəndələri (Səudiyyə Ərəbistanı, Qətər və Venesuela) Dohada keçirilən danışıqların yekunu üzrə neft hasilatını 11 yanvara olan səviyyədə dondurmaq barədə razılıq əldə ediblər.
Mənbə:> Oxu.Az