SON DƏQİQƏ: Rusiya və OPEK ölkələri neft hasilatını dondurdu – QİYMƏTLƏR QALXDI
Dörd iri neft istehsalçısı istehsalatı dondurmaqla bağlı qərar qəbul edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının neft naziri açıqlama verib. Onun sözlərinə görə, Qətərin paytaxtı Dohada dörd böyük neft ixracatçısı olan Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər neft istehsalını yanvar ayı səviyyəsinə uyğun dondurmaq qərarı alıb.
Qərarın ardından bu gün neftin qiyməti 30 dollardan 34 dollara qalxıb.
Mənbə:> Qafqazinfo.az