ABŞ neft hasilatını dondurmağa məcbur edə bilməz
ABŞ hakimiyyəti neft və qaz şirkətlərinə hasilatı dondurmağı göstəriş verə biləcək səlahiyyətlərə malik deyil.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ-ın Rusiya və bir sıra OPEK ölkələri arasında neft hasilatının 11 yanvar səviyyəsində dondurulmaya dair razılaşmaya qoşulma imkanını qanunvericilik və dövlət tənzimlənməsi sahəsi üzrə “Hunton & Williams” konsaltinq şirkətinin tərəfdaşı Frederik Eams belə şərh edib.
Eams bəyan edib ki, ABŞ-ın neft sahəsi azad bazar qanunları ilə yaşayır, ona görə də bu Amerika hökumətinə qanunvericilik razılaşmasına qoşulmağa mane olacaq.
“ABŞ hökumətinin digər ölkələr ilə bərabər hasilatın tempinin azaldılmasında iştirak etmək səlahiyyəti yoxdur. Heç ABŞ istehsalçıları da bu səlahiyyətin olmasını istəməzdilər”, - F.Eams deyib.
Mənbə:> Oxu.Az