İran dollardan imtina etdi » AzNews.info -Xəbər portalı

İran dollardan imtina etdi

İran dollardan imtina etdi


İranın neft naziri Bijən Namdar Zəngənə “Xarici şirkətlər borclarını avro ilə ödəməyi qəbul etdilər” bildirib.

Oxu.Az bu barədə Miliyyet-ə istinadən xəbər verir.

İran rəhbərliyinin neft satışında dollardan imtina edilməsi, yeni müqavilələrdə ödənişlərin avro olaraq ödənilməsinin tələb etdiyi iddiası reallaşıb.

Nazir İrana milyardlarla dollar borclu olan xarici neft şirkətlərinin bu borcları avro olaraq geri ödəyəcəklərini söyləyib.

Zəngənə, Yunanıstanın “Hellenic Petroleum”, İtaliyadan “Saras” və “Royal Dutch Shell” İrana 4 milyard dollar dəyərində borclarını avro ilə ödəyəcəklərini ifadə edib.

Bundan başqa, nazir Emirates National Oil, Yaponiya və Hollandiya ilə də borcların avro ilə ödənilməsi ilə bağlı razılıq üçün müzakirələrə başladıqlarını qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *