Shell-in gəlirləri kəskin azaldı
Dünyanın ən böyük neft istehsalçısı olan Shell-in 2015-ci ilin III rübündə xalis gəliri 1,6 milyard avro təşkil edib.
Bu barədə Oxu.Az euronews-a istinadən xəbər verir.
Məlumata görə, şirkətin gəlirləri bu dövrdə ötən ilin anoloji dövri ilə müqayisədə 70% azalıb.
Şirkətin Kanada və Alyaskada neft axtarış sahələrini bağlama qərarı ona nə az nə çox 7,5 milyard avroya başa gəlib.
Qeyd edək ki, şirkət bəzi rəqiblərinin əksinə olaraq, 2015-ci il üçün müəyyən etdiyi 27 milyard avro sərmayə xərcləməsi təxminində bir dəyişiklik baş verməyib.
Mənbə:> Oxu.Az