Böhran “Shell”ə çatdı
“Royal Dutch Shell” neft-qaz şirkəti neftin dünya qiymətlərinin kəskin azalması fonunda 10 min iş yeri ixtisar edəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə çümə axşamı şirkət rəhbəri Ben van Berden “Royal Dutch Shell”in illik hesabatını təqdim edərkən bildirib.
“Şirkətdə aparılan dəyişikliklərə... 10 min əməkdaşın ixtisarı daxildir”, - o deyib.
Dərc edilmiş hesabata görə, şirkətin gəlirləri son 13 il ərzndə kəskin azalıb. 2015-ci ilin dördüncü rübündə şirkətin gəliri 1,8 milyard dollardan ibarət olub, keçən il analoji dövr üçün şirkətin gəliri 4,2 milyard dollardan ibarət olub.
2015-ci il üçün gəlir 10,7 milyard dollara qədər azalıb, 2014-cü ildə bu göstərici 22,6 milyard dollardan ibarət idi. İki gün öncə digər iri neft şirkəti BP personalının ixtisarı barədə planını açıqlamışdı.
Fevral ayının 2-də şirkət 2015-ci ilin dördüncü rübünün yekunlarına görə, 2,2 milyard dollar həcmində zərəri və 7 min əməkdaşın işdən çıxarılması planlarını açıqlayıb.
Mənbə:> Oxu.Az