İran neft ixracını sutkalıq 2 milyon barrelə çatdıracaq
İran üzərindən sanksiyaların qaldırılmasından sonra ölkənin OPEK və beynəlxalq bazarlardakı köhnə mövqeyini geri qazanılacaq.
Oxu.Az xəbər xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə bildirib.
O, qeyd edib ki, neft ixracını sutkalıq 2 milyon barelə yüksəltmək planlaşdırılır.
Zəngənə sanksiyalar qalxdıqdan qısa müddət sonra neft ixracını sutkalıq 500 min barel, 6-7 ay sonra isə sutkalıq 1 milyon barel artırıla biləcəyindən əmin olduğunu bildirib.
“İran, ABŞ və Avropa Birliyinin sanksiya tətbiq etdiyi dövrdə, əsasən Çin, Hindistan, Türkiyə, Yaponiya və Cənubi Koreyaya olmaq üzrə sutkalıq təxminən 1 milyon neft ixrac edirdi”, - deyə Zəngənə xatırladıb.
Qeyd edək ki, ötən şənbə günü İran üzərindən sanksiyaların qaldırılması ilə bağlı ABŞ prezidenti Barak Obama Fərman imzalayıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli