Azərbaycanlı biznesmenin “avtoş” oğlunun son qurbanı vəfat etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanlı biznesmenin “avtoş” oğlunun son qurbanı vəfat etdi – VİDEO + FOTO

Azərbaycanlı biznesmenin “avtoş” oğlunun son qurbanı vəfat etdi

Dekabrın 2-də Kutuzov prospektində azərbaycanlı biznesmenin oğlu Vaqif Mirzəyevin törətdiyi dəhşətli yol-nəqliyyat hadisəsinin qurbanı - 21 yaşlı Darya Dadyura vəfat edib.

Moskvalı həkimlər qızın həyatını qurtarmaq üçün əllərindən gələni ediblər, amma bədənində olan yanıq və sınıqlar həddən artıq ağır olub.

Qeyd edək ki, noyabrın 8-də Mirzəyev “BMW M5”-i yüksək sürətlə idarə edərək qarşı zolağa çıxıb və qarşıdan gələn “Hyundai Accent”lə toqquşub. V.Mirzəyevin dostları Rusiya mətbuatına bildiriblər ki, o, iti sürət həvəskarı olub. V.Mirzəyevin maşınında olan 21 yaşlı Darya Dadyura adlı gənc qız isə onurğa sütununun sınığı və yanıq diaqnozu ilə xəstəxanaya aparılmışdı. O, “BMW M5”-in arxa oturacağında oturubmuş.

Dostları onu da deyib ki, Vaqifin heç vaxt pul problemi olmayıb: “Vaqif varlı ailədən idi. Atası zəngin biznesmendir. Vaqifin əvvəllər “Mercedes ML350” markalı maşını vardı. “BMW M5” markalı maşını isə iki ay əvvəl almışdı”.

///Oxu.az

Azərbaycanlı biznesmenin “avtoş” oğlunun son qurbanı vəfat etdi

Azərbaycanlı biznesmenin “avtoş” oğlunun son qurbanı vəfat etdi

Azərbaycanlı biznesmenin “avtoş” oğlunun son qurbanı vəfat etdi

Azərbaycanlı biznesmenin “avtoş” oğlunun son qurbanı vəfat etdi

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *