Jirinovski azərbaycanlı avtoxuliqanın törətdiyi qəzadan danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Jirinovski azərbaycanlı avtoxuliqanın törətdiyi qəzadan danışdı

Jirinovski azərbaycanlı avtoxuliqanın törətdiyi qəzadan danışdı

Şənbə gününə keçən gecə Kutuzov prospektində növbəti dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Şahidlərin sözlərinə görə, “BMW M5” markalı avtomobil 200 km/sürətlə “Hyundai” markalı avtomobil ilə toqquşub.

İdman avtomobili alışıb. Maşından 21 yaşlı qızı çıxarıblar. İndi o komadadır. “BMW M5”-də olan daha üç nəfər həlak olub. Eləcə də taksi sürücüsü və onun sərnişini ölüb.

Baş verən hadisə ilə əlaqədar RLDP rəhbəri Vladimir Jirinovski Dövlət Dumasında sürəti sevənlər üçün yeni yolun açılmasını təklif edib. Oxu.Az bu haqda partiyanın saytına istinadən bildirib.

“Kutuzovskdakı dəhşətli qəza. Yenə də dəlisov sürət. Yanında qız oturub, ona necə maşın sürə bildiyini göstərmək istəyib. Vaxtında sürücülük vəsiqəsini almaq lazım olduğunu demək gecdir. Onun vəsiqəsi var, sərxoş deyil, amma yenə də 200 km/sürətlə sürəcək. Maşında qız olmasa da Moskvada uça bildiyini sübut etməyə çalışacaq. Nəticə? Moskvada 100 km-dən artıq sürəti qadağan etmək lazımdır. Sürəti aşdığı üçün avtomobili və sürücülük vəsiqəsini almaq lazımdır. Sürəti sevənlər üçün isə şəhərkənarı yol çəkmək lazımdır, qoy 500 ilə sürsünlər” – Jirinovski bildirib.

Qeyd edək ki, 24 yaşlı azərbaycanlı Vaqif Mirzəyev yol nəqliyyat hadisəsi törədib. Gecə saat 3 radələrində “BMW M5” markalı avtomobili ilə saatda 200 km/sürətlə Moskvada avtomobili idarə edib.

24 saylı evin qarşısında şəhər taksisi ilə toqquşub. Zərbədən avtomobil alışıb. Yanğını yalnız hadisə yerinə gələn yanğınsöndürənlər söndürməyə nail olublar. Mirzəyev və onun iki sərnişini həlak olub. Həlak olan oğlanlardan birinin kimliyi hələ də məlum deyil. Taksidə sürücü Koba Canalidze və onun 38 yaşlı sərnişini Svetlana Bokova həlak olub.

Yalnız “BMW M5”-nin arxa oturacağında oturan, bədəninin 50 faizi yanan 21 yaşlı Dərya Dədüra xəstəxanaya çatdırılıb. Həkimlər heç bir proqnoz vermir.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *