Armanidən tarixi qərar
İtalyan modelyer Corco Armani artıq xəz dəridən istifadə etməyəcəyini açıqlayıb.
Axar.az “Assoşieyted Press” agentliyinə istinadən xəbər verir ki, modlyer bundan sonra şirkətinin istehsal edəcəyi məhsulların heç birində təbii xəz və dəridən istifadə olunmayacağını bildirib. Onun sözlərinə görə, müasir texnologiya təbii xəzi keyfiyyətlə əvəzləməyə imkan verir.
Verilən məlumata görə, bu yeni siyasət Armaninin 2016-cı il qış kolleksiyasından start götürəcək.
Mənbə:> Axar.az