Azərbaycan üçün yeni imkan » AzNews.info -Xəbər portalı

Azərbaycan üçün yeni imkan

Azərbaycan üçün yeni imkan


Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İran İslam Respublikasına səfəri çərçivəsində Pərdis Texnologiya Parkında (PTP) olub.

ANS PRESS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi məlumata görə, tanışlıq zamanı PTP-nin direktoru Mehdi Səfəriniya müəssisənin fəaliyyəti, iş prinsipi və istehsal etdiyi məhsullar haqqında geniş məlumat verib.

Qeyd olunub ki, 400 şirkətlə əməkdaşlıq edən park onların sifarişləri əsasında həm məhsul istehsal edir, həm də kadr hazırlığı işlərini həyata keçirir.

PTP-nin fəaliyyətini yüksək qiymətləndirən Əli Abbasov Azərbaycanda da texnologiya parklarının fəaliyyət göstərdiyini və iqtisadiyyatın müxtəlif sahələri üçün məhsul istehsal etdiyini bildirib.

Bildirilib ki, Azərbaycan və İranın texnologiya parkları arasında əməkdaşlıq əlaqələrinin qurulması hər iki tərəf üçün müsbət nəticələr verə bilər. Bu əməkdaşlıq təcrübə mübadiləsi ilə yanaşı, kadr hazırlığı və istehsal olunan məhsulların satışının təşkil edilməsindən də ibarət ola bilər.

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Əli Abbasov Mehdi Səfəriniyanı Azərbaycanın yeni texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq üçün Azərbaycana dəvət edib.

Sonra nazir Əli Abbasov parkın ərazisindəki istehsal müəssisələri ilə tanış olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *