Eni: Misir bölgəsində yeni təbii qaz ehtiyatları var
İtaliyanın enerji şirkəti olan Eni hesab edir ki, “Zöhr”-dəki ehtiyatın altında onun kimi təbii qaz ehtiyatları var.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Claudio Descalzi bildirib.
Onun sözlərinə görə, şirkətin bir müddət əvvəl Misir sahillərində tapdığı böyük təbii qaz yatağının altında daha belə bir yataq olma ehtimalı var.
“Biz bu ehtiyatların arta biləcəyinə ümid edirik” - deyə, o bildirib.
O həmçinin, bölgədə çox zəngin təbii qaz ehtiyatının olduğunu və bunu çıxartmaqdan məmnun olacaqlarını qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl şirkət Aralıq dənizinin Misirə aid olan hissəsində zəngin qaz yatağı tapmışdı. Misirdəki yatağa “Zöhr” adı verilmişdi.
Onu da əlavə edək ki, tapılan yatağın təsdiq olunmuş həcmi 850 milyard kub metrdir.
Mənbə:> Oxu.az