Rusiya Ukraynanın qazını kəsdi – SON DƏQİQƏ
Rusiyanın “Qazprom” şirkəti Ukraynaya təbii qaz nəqlinin dayandırıldığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə danışan şirkət sədri Aleksey Miller Kiyevin ödəniş etmədiyini deyib:
“Ukraynanın “Naftoqaz” şirkəti yeni qaz alışı üçün ödəniş etməyib. Bu səbəbdən Ukraynaya qaz nəqlini dayandırdıq”.
Miller Kiyevin Rusiya qazından imtina etməsinin bu ölkə üzərindən Avropaya qaz nəqlini də ciddi təhlükəyə atdığını bildirib.
Mənbə:> Axar.az