Serbiya Azərbaycanın xeyrinə Rusiya qazından imtina etməyə hazırdır
Serbiya Rusiyadan enerji asıllığını azaltmaq niyyətindədir.
AzNews.info ANS PRESS-ə istinadən məlumatına görə, bunu Serbiyanın baş naziri Aleksandr Vuçiç deyib.
O bildirib ki, Serbiya Azərbaycanın iri qaz kəməri layihəsini dəstəkləyir. A.Vuçiç ABŞ hakimiyyətinin ölkəyə qaz nəqlinin diversifikasiyası haqqında çağırışlarını dəstəklədiyini söyləyib. “Biz Serbiyaya qaz nəqlini diversifikasiya etməyə hazırıq. Bu, bizim tərəfdaşımız olan ABŞ üçün son dərəcə əhəmiyyətlidir”, - deyə baş nazir vurğulayıb.
Xatırladaq ki, ABŞ Balkan ölkələrini “Türk axınından” Azərbaycan qaz kəməri layihəsinin xeyrinə imtina etməyə çağırıb. Bundan öncə isə bildirilirdi ki, Makedoniya “Türk axınından” layihəsinin taleyini həll edə bilər.
Mənbə:> ANSPRESS