Şəkidə gəncliyin "Açıq Hava Musiqili Tədbiri" » AzNews.info -Xəbər portalı

Şəkidə gəncliyin "Açıq Hava Musiqili Tədbiri" – VİDEO+FOTO

Şəkidə gəncliyin "Açıq Hava Musiqili Tədbiri"


Şəki 2016 Yay Ekstremal İdman növləri düşərgəsi və Bizon enerji içkilərinin təşkilatçılığı ilə 12 mart 2016-cı il tarixdə Şəki şəhər Heydər Əliyev adına parkda Açıq Hava Musiqili Tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Şəki 2016 Yay Ekstremal İdman növləri düşərgəsinin təbliği və Şəki gənclərinin əyləncəli istirahətini təşkil etmək olmuşdur.

AzNews.info xəbər verir ki, Açıq Hava konsertinin keçirilməsində Şəki şəhər İcra Hakimiyyəti və Heydər Əliyev parkının rəhbərliyi öz köməkliyini göstəriblər. Tədbirdə 200-dən artıq gənc iştirak etmiş və müsbət enerjilərini öz yaşıdları ilə paylaşmışdırlar. Tədbirin videosunu aşağıdakı keçiddə görə bilərsiniz:



Qeyd edək ki, Şəki 2016 Yay Ekstremal İdman növləri düşərgəsinin əsas məqsədi ekstremal idman növlərinin təbliği və ekstrim sevənlərin bir araya gətirilməsidir. Düşərgə 25-31 iyul 2016-cı il tarixlərində keçirilməsi nəzərdə tutulub və düşərgə zamanı 11 ekstremal idman növü; offroad, dağçılıq, paraplan, parkur,skeytbordinq, bokinq, rollerbleydinq qraffit, Bicycle Moto Cross (BMX), zorbinq, qayaya dırmanma üzrə təlim məşğələlər keçiriləcək və düşərgə iştirakçıları bu idman növləri üzrə nəzəri biliklər əldə etmək və onları təcrübədən keçirmək imkanı qazanacaqlar.
Düşərgədə iştirak pulsuz olacaq və iştirakçıların qeydiyyatı onlayn şəkildə aparılacaqdır. Düşərgənin təntənəli açılış və bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulur və bu tədbirlərə Rumuniyalı məşhur müğənni Akcent və Rusiyadan məşhur reper Timatinin iştirakı rəng qatacaqdır. Qeydiyyatın başlanmasına dair elan düşərgənin səhifəsində və müvafiq veb saytında dərc olunacaqdır.

https://www.facebook.com/shekimount/

Şəkidə gəncliyin "Açıq Hava Musiqili Tədbiri"
Şəkidə gəncliyin "Açıq Hava Musiqili Tədbiri"
Şəkidə gəncliyin "Açıq Hava Musiqili Tədbiri"
Şəkidə gəncliyin "Açıq Hava Musiqili Tədbiri"

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *