“Əsrlərdən gələn sənətimiz” adlı əl işləri sərgisi keçiriləcək » AzNews.info -Xəbər portalı

“Əsrlərdən gələn sənətimiz” adlı əl işləri sərgisi keçiriləcək

“Əsrlərdən gələn sənətimiz” adlı əl işləri sərgisi keçiriləcək


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və PAŞA Bank ASC dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində 16 Mart 2016-cı il tarixində sənətkarların əl işləri sərgisinin təşkili planlaşdırılmışdır. Sərgidə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən sənətkarların hazırladıqları əl işlərinin nümayişi və satışı həyata keçiriləcəkdir.

AzNews.info-ya nazirlikdən verilən məlumata görə, layihənin əsas məqsədi itirilməkdə olan bədii sənətlərin dirçəldilməsi, gənclərin sənətkarlığa marağının artırılması, milli dəyərlərin saxlanması və qorunması, regionlarda bədii sənət növləri üzrə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Eyni zamanda sənətkarlıq sahələri üzrə kiçik və orta sahibkarlığın inkişafına nail olmaqla ictimaiyyətin diqqətini yerli məhsullara cəlb etməkdir.

Sərgidə Gəncə, Şəki, İsmayıllı, Lənkəran, Quba və Qəbələ regionlarında metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, xalçaçılıq, zərgərlik, dulusçuluq, çəkməçilik və papaqçılıq sahələrində fəaliyyət göstərən 20-ə yaxın sənətkarın 400-dən çox əl işləri nümayiş olunacaqdır.

Tədbirin açılış mərasiminin 16 mart 2016-cı il tarixində, saat 12:00- da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilməsi nəzərdə tutulur.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *