Qubada “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir” adlı layihə həyata keçirilmişdir » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Foto

Qubada “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir” adlı layihə həyata keçirilmişdir – FOTO

Qubada “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir” adlı layihə həyata keçirilmişdir


13-14 fevral 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyilə “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir!” layihəsinin icrasını Quba rayonunda başa vuraraq məlumatlandırıcı təlim və turlar keçirmişdir.

AzNews.info xəbər verir ki, layihə çərçivəsində keçirilən tədbirin əsas məqsədi tarix-mədəniyyət abidələrinin gənclər arasında təbliği, vətənpərvərlik hissinin formalaşdırılması və Azərbaycançılıq məfkurəsinin aşılanmasıdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi İsa Məmmədov, Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, layihənin eksperti Gülsəba Ələsgərova, Quba və digər rayonlardan yeniyetmə və gənclər iştirak etmişlər.

Tədbir zamanı Quba Tarix-Diyarşünaslıq Muzeyində təlim, Quba Soyqırımı Memorial Kompleksi və XVIII-XIX əsrlərə aid olan qədim Çuxur hamamına ekskursiyalar təşkil olunmuşdur. Həmçinin təlim iştirakçılarına layihə təbliğat materialları paylanılmışdır.

Sonda Azərbaycanın ilk sahibkar qadını Qubada yaşayan Fatimə Ağamirzəyeva ilə görüş keçirilmişdir. Qonaqları səmimi qarşılayan Fatimə Ağamirzəyeva qədim xalçalarımızı nümayiş etdirmiş, xalçalar və onların naxışları haqqında məlumat vermişdir.

Qubada “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir” adlı layihə həyata keçirilmişdir
Qubada “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir” adlı layihə həyata keçirilmişdir
Qubada “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir” adlı layihə həyata keçirilmişdir

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *