Fernando Alonso Bakılı azarkeşləri ilə söhbət edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Maqazin, Avto

Fernando Alonso Bakılı azarkeşləri ilə söhbət edəcək – FOTO

Fernando Alonso Bakılı azarkeşləri ilə söhbət edəcək


F1 pilotu Fernando Alonso Bakıda olarkən azarkeşləri ilə onlayn söhbət edəcək

Bu günlərdə 2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olunmuş Fernando Alonso Bakıya ilk səfəri çərçivəsində dünya üzrə çoxsaylı azarkeşləri ilə onlayn təmas quracaq.

AzNews.info xəbər verir ki, canlı olaraq yayımlanacaq və Bakı vaxtıyla 9 mart, çərşənbə günü, saat 14:30-da (ÜKV 10.30) başlayacaq onlayn sual-cavab sessiyası Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi saytında baş tutacaq: https://www.bakucitycircuit.com/az/canli

Əməliyyat şirkəti Fernando Alonsonun dünyanın bütün guşələrindən olan azarkeşlərinə müraciət edərək bildirir ki, McLaren-Honda pilotuna olan suallarını #AskAlonso həştəqindən istifadə etməklə BŞH-nin Facebook, Twitter və ya Instagram səhifələrinə öncədən göndərsinlər.Ən maraqlı suallar seçilərək ispaniyalı pilota ünvanlanacaq.

Bu təşəbbüslə bağlı Fernando Alonso qeyd edib: “Mən bütünazarkeşlərimlə onlayn ünsiyyət qurmağı və onların suallarını Bakıda canlı olaraq cavablandırmağı səbirsizliklə gözləyirəm. Bu, illər boyu mənə pərəstiş edən insanlarla birbaşa ünsiyyət qurmaq və F1 yarış mövsümü öncəsi əlavə müsbət enerji almaq üçün böyük fürsətdir. Odur ki, mənə olan suallarınızı göndərin və növbəti həftə mən Bakıda olarkən suallarınızı cavablandırmaq üçün sizinlə ünsiyyət qurmağa hazır olacağam”.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *