Avropa Qran Prisinin Könüllülük Proqramına qeydiyyat martın 4-ü başa çatır » AzNews.info -Xəbər portalı

Avropa Qran Prisinin Könüllülük Proqramına qeydiyyat martın 4-ü başa çatır

Avropa Qran Prisinin Könüllülük Proqramına qeydiyyat martın 4-ü başa çatır


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) elan edir ki, Formula 1 Avropa Qran Prisinin Könüllülük proqramına onlayn qaydada aparılan qeydiyyat prosesi 4 mart 2016-ci il tarixində saat 23:59-dək davam edəcək.

AzNews.info xəbər verir ki, BŞH ölkə ictimaiyyətinin diqqətinə böyük məmnuniyyətlə çatdırır ki, gənclər arasında Könüllülük proqramına rəğbət olduqca böyükdür. Belə ki, Könüllük proqramına qeydiyyatın başlandığı 19 dekabr 2015-ci il tarixindən etibarən könüllü olmaq üçün 10 mindən çox müraciət qəbul olunub.
Məlumat üçün bildirək ki, Formula 1 Avropa Qran Prisində 5 min könüllünün iştirakı nəzərdə tutulur. İndiki mərhələdə, qeydiyyatdan keçənlər müsahibə üçün Könüllülər Mərkəzinə dəvət olunurlar. Müsahibə prosesini uğurla başa vuran namizədlər növbəti mərhələdə könüllülərin yarışa hazırlığı ilə əlaqədar keçiriləcək təlimlərə cəlb olunacaqlar.
Avropa Qran Prisinin könüllüsü olmaq istəyənlər BŞH-nın rəsmi saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər: www.bakucitycircuit.com/az/konullulr

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *